RƏSMİ


Münxendə Azərbaycan Prezidenti ilə İraq Kürdüstan Regionunun Başçısının görüşü olub

Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən İraq Kürdüstan Regionunun Başçısı Neçirvan Bərzaninin görüşü olub.
AZƏRTAC xəbər verir ki, Neçirvan Bərzani dövlətimizin başçısına prezident seçilməsi münasibətilə təbriklərini çatdırdı.
Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirdi, ondan da səmimi təbrik məktubu almasını məmnunluqla qeyd etdi.