CƏMİYYƏT


Ermənilərin Malıbəylidə yandırdığı Xan çinarı yenidən qol-budaq atıb

Ermənilər Xan çinarının gövdəsini yandırıb məhv etsələr də, kökü dərində olduğu üçün yenidən qol-budaq atıb. Bulağın suyu isə yenə də axır. Artıq Malıbəyli kəndində bərpa-quruculuq işlərinə başlanılıb. Çox keçməyəcək ki, düşmənin talan edib dağıtdığı Malıbəylinin yenidən xoşbəxt günləri qayıdacaq. Çinar ağacı və “Çinar bulağı” yenə də kənd sakinlərinin sevimli məkanlarından olacaq.