Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Qubada əməliyyat: 2 nəfər saxlanıldı

21.02.2024 [11:07]

Xəbərin mətni

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, narkotik vasitələrin əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən rayon sakini Zaur Məmmədov və Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Hikmət İsayev keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.