CƏMİYYƏT


Xalq yazıçısı Mövlud Süleymаnlı Şamaxıda dəfn olunub

Ötən gün 81 yaşında vəfat edən Əməkdar incəsənət xadimi, Xalq yazıçısı Mövlud Süleymаnlı Şamaxıda dəfn olunub.
AZƏRTAC xəbər verir ki, Xalq yazıçısının cənazəsi günorta saatlarında Şamaxıya gətirilib, rayonun Kərkənc kəndində torpağa tapşırılıb.
Dəfn mərasimində rayon icra hakimiyyətinin rəhbərliyi, yazıçının ailə üzvləri, qələm dostları, eləcə də ictimaiyyət nümayəndələri, jurnalistlər iştirak ediblər.