CƏMİYYƏT


Füzulidə sağlam həyat tərzinə həsr olunan maarifləndirici aksiya keçirilib

İşğaldan azad olunan ərazilərə köçürülən vətəndaşlar arasında Səhiyyə Nazirliyi tərəfindən Böyük Qayıdış proqramı çərçivəsində sağlam həyat tərzinin təşviqi ilə bağlı tədbirlər davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən fevralın 23-də Füzuli şəhərində məktəbyaşlı uşaqlar və onların valideynləri üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici tədbir və aksiya keçirilib.