Berlində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
24.02.2024 [10:55]
Xəbərin mətni
Berlində yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycanın Almaniyadakı Səfirliyi Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirib. Tədbirdə faciəni əks etdirən foto-sərgi nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə səfirliyin Xocalı soyqırımına dair alman dilində hazırladığı qısa film nümayiş etdirilib. Sonra Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.