CƏMİYYƏT


Soyqırımının şahidləri o dəhşətli günlərdən danışırlar – AZƏRTAC Xocalıdan xəbər verir

Erməni qəsbkarlarının Azərbaycan xalqına qarşı həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində törədilən qanlı cinayətlər, qətliamlar arasında Xocalı faciəsi xüsusi amansızlığına görə seçilir. Kütləvi qətliam zamanı Xocalı şəhəri bir gecədə yerlə-yeksan edilib, qadın, uşaq və qoca demədən, 613 günahsız insan məhz azərbaycanlı olduqlarına görə qətlə yetirilib. 32 il keçməsinə baxmayaraq, xalqımız bu faciənin mənəvi ağrısını, onun dəhşətlərini qəlbində daşıyır, həmin günü unutmur. AZƏRTAC-ın bölgə müxbiri Xocalıda olub, 32 il əvvəl baş verən qanlı hadisələri sakinlərin dilindən dinləyib.