CƏMİYYƏT


Bakıda Nuru Paşa ilə bağlı anım tədbiri təşkil olunub

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Katibliyi Qafqaz İslam Ordusunun komandanı, “Bakının xilaskarı” Nuru Paşanın əbədiyyətə qovuşmasının 75-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirib.
AZƏRTAC xəbər verir ki, tədbiri açıq elan edən TÜRKPA-nın Baş katibi Mehmet Sürreya Er Nuru Paşanın döyüş yolundan, göstərdiyi qəhrəmanlıqlardan söz açıb. Bildirib ki, Nuru Paşa Türkiyə və Azərbaycan üçün bu gün də böyük igidlik nümunəsi, əsl qəhrəmanlıq mücəssəməsi hesab edilir. Nuru Paşa kimi sərkərdələrin adının yaşadılması, Vətən uğrunda verilmiş qurbanların, göstərilmiş qəhrəmanlıqların daim xatırlanması Türk dünyasının gələcəyi baxımından mühüm rol oynayır.