Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Gəncədə ana və oğlu dəm qazından zəhərlənib, ölən var

05.03.2024 [12:57]

Xəbərin mətni

Gəncədə dəm qazından zəhərlənmə baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin Atatürk prospektində yerləşən binaların birində qeydə alınıb. Sözügedən ünvanda yaşayan ana və oğlu dəm qazından zəhərlənib. Qadın dünyasını dəyişib, övladı isə xəstəxanaya yerləşdirilib.