QMİ sədri islamofobiya ilə mübarizəyə dair beynəlxalq konfransın iştirakçıları ilə görüşüb
09.03.2024 [21:55]
Xəbərin mətni
Martın 9-da Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Bakıda keçirilən “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransın iştirakçıları ilə görüşüb. AZƏRTAC xəbər verir ki, şeyxülislam Allahşükür Paşazadə konfransın aktual mövzusuna diqqət çəkərək, bu gün bəzi Avropa ölkələrində islamofobiya meyllərinin ciddi təhlükə yaratdığını bildirib. Müharibələrin törətdiyi fəsadlardan danışan QMİ sədri vurğulayıb ki, Qarabağın işğalı zamanı 65 məscid ermənilər tərəfindən məhv edilib, təhqirə məruz qalıb.