Azərbaycan Dövlət İnformasiya Agentliyi

DİN-in Daxili Qoşunları yaranmasının növbəti ildönümünü qeyd edir

12.03.2024 [11:39]

Xəbərin mətni

Martın 12-də Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunları yaranmasının növbəti ildönümünü qeyd edir. Bu münasibətlə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov, Daxili Qoşunların rəhbər heyəti və hərbi qulluqçuları Fəxri xiyabana gedərək Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.