Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xətai rayonunda saxlanılan narkokuryerlərdən 10 kiloqramdan artıq marixuana aşkar edilib

18.03.2024 [13:56]

Xəbərin mətni

Xətai RPİ əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri əməliyyatlar zamanı paytaxt sakinləri 1994-cü il təvəllüdlü Bayram İsgəndərov və 1980-ci il təvəllüdlü Vəli Əmirov saxlanılıblar. Onlardan 10 kiloqramdan artıq marixuana aşkarlanıb. Araşdırmalarla həmin şəxslərin Bakı şəhərində narkokuryerlik etdikləri məlum olub. Faktlarla bağlı araşdırmalar davam etdirilir.