CƏMİYYƏT


Göyçayda ağır yol qəzası baş verib

Göyçayda iki avtomobilin toqquşması ilə nəticələnən ağır yol qəzası baş verib.
AZƏRTAC xəbər verir ki, hadisə axşam saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 190-cı kilometrliyində, Göyçayın Yekəxana kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hadisə şahidlərinin sözlərinə görə yol qəzası nəticəsində avtomobillərdən biri yoldan çıxaraq aşıb. Toqquşmanın təsirindən hər iki maşına ciddi zərər dəyib.