CƏMİYYƏT


Böyük Qayıdış: Laçın rayonuna növbəti köç karvanı yola salınıb

Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı martın 30-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
AZƏRTAC xəbər verir ki, bu mərhələdə Laçın şəhərinə daha 21 ailə (68 nəfər), Laçın rayonunun Zabux kəndinə isə 4 ailə (11 nəfər) köçürülüb.