Nərimanov rayonunda mənzildə köməksiz vəziyyətdə qalan qadın xilas edilib
02.04.2024 [11:34]
Xəbərin mətni
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu ərazisində bir nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub. Xüsusi alpinist ləvazimatlarından istifadə edərək beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olan xilasedicilər tərəfindən 1944-cü il təvəllüdlü qadına müvafiq köməklik göstərilib.