Bakıda 3 evdən qiymətli antik əşyalar və 30 min manatlıq qızıl oğurlanıb
04.04.2024 [19:49]
Xəbərin mətni
Paytaxtın Səbail rayonu ərazisində silsilə oğurluq hadisələri qeydə alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, naməlum şəxslər 3 vətəndaşın evindən 30 min manat dəyərində qızıl-zinət, 2 mobil telefon, notbuk, fotoaparat və dəyərli antik əşyaları ələ keçiriblər.