Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xaçmazda zəncirvari qəza olub, yaralananlar var

12.04.2024 [21:59]

Xəbərin mətni

Xaçmazda üç maşının toqquşması nəticəsində iki nəfər yaralanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Xaçmaz şəhərinin “Bakı” prospektində qeydə alınıb, "Mersedes", VAZ 2107 və VAZ 21015 markalı minik avtomobilləri toqquşub. Qəza zamanı iki nəfər yaralanıb. Xəsarət alanlar avtomobildən Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin köməyi ilə çıxarılıb və təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.