SİYASƏT


Yeni Kaledoniya Konqresinin komitə sədri Bakıda Müqəddəs Məryəm Katolik Kilsəsini ziyarət edib

Azərbaycanda səfərdə olan Yeni Kaledoniya Konqresinin İnfrastruktur, ərazi planlaşdırılması, davamlı inkişaf, energetika, nəqliyyat və rabitə komitəsinin sədri xanım Naisseline Omayranın rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 17-də Bakıdakı Müqəddəs Məryəm Katolik Kilsəsində olub.
AZƏRTAC xəbər verir ki, Katolik Kilsəsinin Azərbaycandakı yepiskopu Vladimir Fekete kilsənin tarixi, burada katoliklərin ibadət etmələri üçün yaradılan şərait barədə qonaqlara məlumat verib.