Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

DİN: Qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər nəticəsində 21 əcnəbi saxlanılıb

18.04.2024 [12:49]

Xəbərin mətni

Bakı şəhərində müxtəlif ünvanlarda ölkə ərazisində yaşama hüququ verən sənədləri olmayan əcnəbilərə qarşı DİN-nin BPQMİ-nin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tədbirlər keçirilib.
Tədbirlərlə müxtəlif ölkələrin vətəndaşı olan ümumilikdə 21 nəfər qeyd edilən qanun pozuntusuna yol verdikləri üçün saxlanılıblar.
Araşdırma zamanı həmin əcnəbilərin pul müqabilində guya ölkəmizdən tranzit kimi istifadə olunmaqla qeyri-leqal yollarla Avropa ölkələrinə, xüsusən də Polşaya keçidinin təmin ediləcəyi vədi ilə dələduzluğa məruz qalmaları müəyyən edilib. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilib.