Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Yasamalda 4 kiloqrama yaxın narkotik vasitə tutulub

22.04.2024 [11:50]

Xəbərin mətni

Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdiyi növbəti tədbir nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 1996-cı il təvəllüdlü Hüseyn Rzayev saxlanılıb. Həmin şəxsdən 4 kiloqrama yaxın satış məqsədilə tədarük etdiyi heroin, marixuana və tiryək ələ keçirilib.