CƏMİYYƏT


Ödənişli yolda qəza baş verib, yaralananlar var

Bakı-Quba-Rusiya Federasiyası sərhədi yeni ödənişli avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə yolun Xaçmaz rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. "KİA" markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində dərəyə aşaraq ağaca çırpılıb. Qəza nəticəsində avtomobildə olan 5 nəfərdən 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.