Malayziyada 2 helikopterin toqquşması nəticəsində 10 nəfər ölüb
23.04.2024 [11:23]
Xəbərin mətni
Malayziya hərbi dəniz qüvvələrinin 90-cı ildönümü ilə əlaqədar keçiriləcək paradın məşq uçuşunda 2 helikopter uçuşda toqquşub. AZƏRTAC Malayziya mediasına istinadla xəbər verir ki, Perak bölgəsinin Lumut şəhərindəki hərbi bazada yerli vaxtla səhər 9:32-də baş verən qəza nəticədə heyət üzvlərinin hamısı ölüb.