Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
26.04.2024 [15:06]
Xəbərin mətni
Aprelin 26-da Ağdam rayonu ərazisində yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin təntənəli bağlanış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, müdafiə nazirinin müşaviri general-polkovnik Bəxtiyar Ersay, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini general-polkovnik Sergey İstrakov, Türkiyə Milli Müdafiə Nazirliyi Quru Qoşunlarının qərargah rəisi general-polkovnik Levent Ergün, hərbi qulluqçular və media nümayəndələri iştirak ediblər.