CƏMİYYƏT


Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib

Hadisə rayonun Düz Cırdaxan kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan “VAZ” və “Opel” markalı minik maşınları toqquşub. Nəticədə VAZ-ın sürücüsü 41 yaşlı Anar Həsənov, 15 yaşlı Nicat Həsənov və 15 yaşlı Famil Həsənli xəsarət alıb. Onlardan birinin vəziyyətinin orta ağır olduğu bildirilir.