İmişlidə qəzada xəsarət alan əkizlərdən biri ölüb
30.04.2024 [10:22]
Xəbərin mətni
İmişlidə minik avtomobillərinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan əkiz körpələrdən biri ölüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yol qəzasında xəsarət alan 2024-ci il təvəllüdlü əkiz qardaşlar Niftullayev Nurlan Nemət oğlu və Niftullayev Firudin Nemət oğlu reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərinə səyinə baxmayaraq Nurlanın həyatını xilas etmək mümkün olmayıb. O, saat 4 radələrində ölüb. Faktla bağlı araşdırma aparılır.