CƏMİYYƏT


Şuşada dini liderlərin görüşü keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin himayədarlığı ilə keçirilən VI Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlər işğaldan azad olunmuş Şuşa şəhərinə səfər ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 38 ölkəni və 10 beynəlxalq təşkilatı təmsil edən müsəlman, xristian, yəhudi, buddist, induist və digər dinlərin liderləri və nümayəndələri mədəniyyət paytaxtımız Şuşa şəhərində dini liderlərin Şuşa görüşündə bir araya gəliblər.