CƏMİYYƏT


Norveçli səyyahlar Ağdam şəhərinə səfər ediblər

Norveçin beynəlxalq səyahətçilərdən ibarət “Vagaclub”unun 30 nəfərlik geniş heyətinin Qarabağa və Şərqi Zəngəzura səfəri davam edir.
AZƏRTAC xəbər verir ki, qonaqlar Şuşa şəhərindən sonra Ağdam şəhərinə gəliblər.
Səyahətçilər əvvəlcə Ağdam şəhər Cümə məscidində olublar. Onlara ermənilərin müharibə cinayətləri, mədəni, tarixi, dini abidələrimizi məhv etmələri barədə məlumat verilib.