CƏMİYYƏT
DİN: Ötən ay 150 kiloqram narkotik dövriyyədən çıxarılıb
06.05.2024 [11:53]
DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən aprel ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı paytaxt və bölgələrdə 38 əməliyyat keçirib. Nəticədə 34 nəfər və 2 mütəşəkkil dəstənin üzvü saxlanılıb. Onlardan 6-i ölkə ərazisində narkotiklərin tədarükü ilə məşğul olan əsas şəxslər olub. Əməliyyatlarla “qara bazar”-da dəyəri 6.5 milyon manat olan 150 kiloqram, o cümlədən 87 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, 36 kiloqram heroin, 22 kiloqram metamfetamin, 5 kiloqram tiryək və digər növdən olan narkotik vasitə, 5 min ədəd psixotrop tərkibli metadon, tramadol və lirika həbi ələ keçirilib.
18.05.2024 [21:17]
18.05.2024 [21:11]
18.05.2024 [21:04]
18.05.2024 [18:43]
17.05.2024 [18:46]
18.05.2024 [12:03]
14.05.2024 [17:26]
16.05.2024 [13:44]
10.05.2024 [13:06]
10.05.2024 [11:54]
10.05.2024 [12:10]
10.05.2024 [11:33]