CƏMİYYƏT


Xınalığa qar yağır

 

Mayın 7-si səhər saatlarından Qubanın ucqar yaşayış məntəqələrinə qar yağmağa başlayıb.

Xınalıq kəndi sakinlərinin AZƏRTAC-ın bölgə müxbirinə verdiyi məlumata görə ötən gündən hava şəraiti kəskin soyuyub. Bu gün səhər saatlarından isə sulu qar və qar yağmağa başlayıb. Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən bildiriblər ki, ötən gecə ən aşağı temperatur Qırız kəndində qeydə alınıb.  Ucqar dağlıq ərazilərdə temperatur +1 dərəcəyədək aşağı düşüb.