Birinci Qarabağ müharibəsi şəhidi Elşad Qayımov Xaçmazda dəfn olunub
07.05.2024 [17:27]
Xəbərin mətni
Birinci Qarabağ müharibəsi şəhidi Elşad Qayımovun cəsədinin qalıqları mayın 7-də Xaçmazda dəfn olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 1994-cü ilin fevral ayında Füzulidə şəhidlik zirvəsinə ucalan qəhrəman döyüşçü ölümündən 30 il sonra doğma yurdunda torpağa tapşırılıb.