RƏSMİ


Azərbaycan-Bolqarıstan sənədləri imzalanıb

Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin iştirakı ilə Azərbaycan-Bolqarıstan sənədlərinin imzalanması mərasimi olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə”ni imzaladılar.
Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov və “Bulgaria Air” aviaşirkətinin idarə heyətinin üzvü Xristo Todorov “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və “Bulgaria Air” Səhmdar Cəmiyyəti arasında kod paylaşma Sazişi”ni imzaladılar.