CƏMİYYƏT


Zəngilan və Cəbrayılda əhali üçün kardioloji müayinələr təşkil edilib

Səhiyyə Nazirliyi “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Proqramı çərçivəsində vətəndaşlar arasında müxtəlif istiqamətlərdə kompleks tibbi müayinələrin, eyni zamanda, sağlamlığın təşviqi ilə bağlı maarifləndirici aksiyaların keçirilməsini davam etdirir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nazirliyin təşkilatçılığı ilə keçirilən növbəti belə tədbir mayın 8-də baş tutub. Aksiya zamanı Səhiyyə Nazirliyi akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) tibb heyəti tərəfindən Zəngilan rayonunun Ağalı kəndində əhali üçün kardioloji müayinələr təşkil edilib.