CƏMİYYƏT


Güclü küləklər və digər təhlükəli hidrometeoroloji hadisələr barədə xəbərdarlıqlar rəng şkalasına uyğun tərtib ediləcək

İlkin mərhələdə fırtına və qasırğalara səbəb olan güclü küləklər barədə xəbərdarlıqların rəng şkalasına uyğun tərtib edilməsi nəzərdə tutulur. AZƏRTAC xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov mayın 8-də Situasiya Mərkəzində keçirilən mətbuat konfransında deyib. N.Mahmudov sonrakı dövrlərdə həmin xəbərdarlıq sisteminin digər təhlükəli hidrometeoroloji hadisələri də əhatə edəcəyini diqqətə çatdırıb.