SİYASƏT


Azərbaycanın Milli Məclisinin deputatları Şimali Kipr Türk Cümhuriyyətinin parlamentində olublar

Mayın 13-də Milli Məclisin Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) parlamentlərarası əlaqələr işçi qrupunun rəhbəri Cavanşir Feyziyevin başçılıq etdiyi nümayəndə heyəti Lefkoşaya səfər çərçivəsində bu ölkənin parlamentinin sədri Zorlu Töre, Baş naziri Ünal Üstel və xarici işlər naziri Tahsin Ertuğruloğlu ilə görüşlər keçirib.
AZƏRTAC xəbər verir ki, görüşlərdə ŞKTC ilə Azərbaycan arasında bütün sahələrdə, o cümlədən siyasət, iqtisadiyyat, mədəniyyət, idman sahələrində əlaqələrin inkişafına dair müzakirələr aparılıb.