Tovuzda yerkökünün kütləvi yığımı davam edir
14.05.2024 [18:30]
Xəbərin mətni
Tovuzda yerkökünün kütləvi yığımına başlanılıb. Qərb bölgəsində, əsasən Tovuz rayonun Hunanlar kəndində becərilən bu bitkinin məhsuldarlığı bu il yaxşıdır.
AZƏRTAC xəbər verir ki, rayonunun Kür qırağında yerləşən Hunanlar kəndində uzun illərdir sakinlər əsasən kök becərilməsi ilə məşğuldurlar. Hər il məhsullarını toplayan təsərrüfat sahibləri kökü xarici bazarlara ixrac edirlər.