Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kür yenə daşdı, Qazaxda bəzi əkin sahələri su altında qaldı

16.05.2024 [18:13]

Xəbərin mətni

Son günlər yağan yağışlar səbəbindən Kür çayında suyun səviyyəsi xeyli artıb. Çayın Qazax rayonu ərazisindən keçən hissəsində artıq 10 gündə ikinci dəfədir ki, Kürün daşması nəticəsində əkin sahələrinə və təsərrüfatlara ziyan dəyib. Təbii fəlakət əsasən rayonun Aşağı Salahlı və Orta Salahlı kəndlərinin əkin torpaqlarında fəsadlar törədib.