Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cəbrayılın Böyük Mərcanlı, Karxulu, Sarıcallı və Maşanlı kəndləri tezliklə öz sakinlərini qarşılayacaq REPORTAJ

20.05.2024 [17:44]

Xəbərin mətni

Vətən müharibəsində işğaldan azad edilən ilk kəndlərdən biri də Böyük Mərcanlı olub. Bu kənd Araz vadisində, Cəbrayıl şəhərindən 22 kilometr məsafədə yerləşir. Cəbrayıl rayonunun ən iri yaşayış məntəqələrindən biridir.
Kəndin Baş planı haqqında danışan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlhamiyə Rzayeva bildirib ki, 2026-cı ilədək dövrü əhatə edən Böyük Qayıdışa dair I Dövlət Proqramına müvafiq olaraq, birinci mərhələdə layihələndirilən ərazinin sahəsi 41 hektardır. Bu mərhələdə Böyük Mərcanlıya 542 nəfərin köçürülməsi üçün 149 ev tikiləcək. İnşa ediləcək evlər iki, üç, dörd və beş otaqlı olacaq.