CƏMİYYƏT


Gəncədə məzunlar 50 il sonra görüşüblər

Bu günlərdə Gəncə şəhərində Mirzə Abbas Abbaszadə adına 20 nömrəli tam orta məktəbin 1974-cü il məzunları “Son zəng”dən 50 il sonra ilk dəfə görüşüblər. Görüş doğma məktəbdə baş tutub. Görüşdə 1974-cü ildə məktəbi bitirmiş bir sinifdən olan 23 məzun bir araya gələrək doğma məktəbi ziyarət ediblər. Onlar 50 il, başqa sözlə yarım əsrdən sonra əvvəlki sinif otaqlarında, parta arxasında əyləşərək məktəb illəri ilə bağlı xatirələrini bölüşüblər.