CƏMİYYƏT


Zabrat qəsəbəsi ərazisində 600 kvadratmetr sahədə qamışlıq və quru ot yanıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.