Xəzər dənizinə 50 min nərə balığı buraxılıb
22.05.2024 [17:16]
Xəbərin mətni
“LU-MUN Holdinq”in törəmə şirkəti olan “Azerbaijan Fish Farm” MMC Neftçala rayonunda yerləşən Kür-Təcrübi Nərə Balıqartırma Zavodunda 22 May - Beynəlxalq Biomüxtəliflik Gününə həsr olunmuş tədbir keçirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir çərçivəsində Xəzər dənizinə 50 min nərə balığı buraxılıb.