SİYASƏT


Baş nazir Əli Əsədov İran İslam Respublikasında rəsmi anım mərasimində iştirak edib

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar mayın 22-də Tehran şəhərində keçirilən rəsmi anım mərasimində iştirak edib.