SİYASƏT


Azərbaycanın Vatikandakı səfirliyi Müstəqillik Günü ilə bağlı rəsmi qəbul təşkil edib

Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyi 28 May - Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın İtaliyadakı Mədəniyyət Mərkəzində keçirilən mərasimdə Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov 106 il öncə - 1918-ci il mayın 28-də Azərbaycanda İstiqlal Bəyannaməsi qəbul edilərək müsəlman dünyasında ilk dünyəvi demokratik cümhuriyyət, o cümlədən çoxmillətli parlamentin və hökumətin qurulduğunu bildirib.