CƏMİYYƏT


DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində “Dünyanın qayğısına qal” adlı layihə həyata keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Dünyanın qayğısına qal” adlı layihə təqdim edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə hökumət rəsmiləri, Milli Məclisin deputatları, diplomatik korpusun nümayəndələri və başqaları iştirak ediblər.