CƏMİYYƏT


Gədəbəy sakinlərinin 74 illik ailə dəyəri...

Gədəbəy rayonunda yaşayan İsa və Nazanı Ələkbərovlar düz 74 il bundan öncə ailə qurublar və bu dəyərlərə sadiq qalaraq ömürlərini bir-birinə həsr ediblər. 98 yaşlı İsa və 92 yaşlı Nazanı Ələkbərovlar hazırda Gədəbəy şəhərində yaşayırlar.
Ailə başçısı İsa Ələkbərov Gədəbəy rayonunun Qum kəndində doğulub. Elə həyat yoldaşı Nazanı Ələkbərova da həmin kənddə yaşayıb. İsa Ələkbərov rayonda müxtəlif vəzifələrdə işləyib. İyirmi yaşı olanda özünün gələcək həyat yoldaşı Nazanı ilə tanış olub. 1950-ci ildə ailə qurublar.