“Şuşa qalası” broşürlər seriyasının təqdimatı olub
23.05.2024 [15:28]
Xəbərin mətni
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində “Şuşa qalası” broşürlər seriyasının təqdimatı keçirilib.
Komitədən AZƏRTAC-a bildirilib ki, Şuşa şəhərinin tarixini və maddi-mənəvi dəyərlərini əhatə edən 10 mövzuda, Azərbaycan və ingilis dillərində, orijinal tərtibatda çap edilmiş broşürlərin müəllifi Qarabağ tarixinin tanınmış tədqiqatçısı, yazıçı-publisist, “Şuşa” qəzetinin redaktoru Vasif Quliyevdir.