Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Ağalı kənd sakinləri üçün oftalmoloji tibbi aksiyaya başlanılıb

23.05.2024 [16:03]

Xəbərin mətni

İşğaldan azad olunan ərazilərə “Böyük Qayıdış” Proqramı çərçivəsində Səhiyyə Nazirliyi davamlı olaraq təşkil etdiyi tədbirlər zamanı vətəndaşlar arasında müxtəlif tibbi müayinələr, eyni zamanda, sağlamlığın təşviqi istiqamətində maarifləndirici aksiyalar keçirir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə nazirliyin akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası tərəfindən Zəngilan rayonun Ağalı kəndində əhali üçün ikigünlük oftalmoloji tibbi müayinələrə başlanılıb.