CƏMİYYƏT


Dünya Bankında Azərbaycan mətbəxi günləri keçirilib

ABŞ-ın Vaşinqton şəhərində yerləşən Dünya Bankında Azərbaycan mətbəxi günləri keçirilib.
AZƏRTAC-ın verdiyi məlumata görə, 22-23 may tarixlərində keçirilən tədbir çərçivəsində Dünya Bankının işçilərinə naharda Azərbaycan mətbəxinə məxsus təamlar təqdim olunub. Yeməklər azərbaycanlı aşpazlar tərəfindən hazırlanıb. Həmçinin girişdə mədəniyyət nümunələrimiz və Azərbaycan haqqında jurnallar nümayiş edilib.