CƏMİYYƏT


Saatlıda becərilən “Göycə” alçası xaricə də satılacaq

Saatlı rayonunda salınan intensiv alça bağı spesifik xüsusiyyətlərinə görə Mil-Muğan bölgəsində ilk sayılır. Həm sahəsinə, həm də becərmə üsuluna görə seçilən bu bağda 10 minə yaxın alça ağacı əkilib. Bağ sahibi daxili bazardan əlavə, xaricdən də sifarişlər alıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Saatlı rayonunun Qaralar kəndi ərazisində yerləşən intensiv alça bağı 14 hektarı əhatə edir. Bağ 2019-cu ildə salınıb və beşinci ilində, yəni ilk məhsul tədarükündə bol məhsul yetişib.