CƏMİYYƏT


Şəhid İlqar Rəhimov Göyçayda dəfn olunub

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Rəhimov İlqar Şaiq oğlunun meyitinin qalıqları Göyçay rayonuna gətirilib. O, Gəncə şəhərində Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunmuşdu.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin nəşi rayonun Müşkürlü kəndində ailəsinə təhvil verilib və vida mərasimi keçirilib. Vida mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.