DÜNYA


Çin-Avropa marşrutu üzrə hərəkət edən yük qatarlarının sayı 90 minə çatıb

Çin-Avropa marşrutu üzrə hərəkət edən yük qatarlarının sayı 90 minə çatıb.
AZƏRTAC xəbər verir ki, mayın 25-də Çinin Sian şəhərindən Polşaya doğru yola çıxan yük qatarı bu marşrutu üzrə hərəkət edən 90 mininci qatar olub. “Çin dövlət dəmir yolu qrupu”nun məlumatına əsasən 2011-ci ildə Çin-Avropa marşrutu üzrə yük qatarı səfərləri başlayandan bəri 380 milyard ABŞ dolları dəyərində 8,7 milyon konteyner (20 futluq) yük daşınıb. Təkcə ötən il 56,7 milyard dollarlıq yük daşınıb.
Hazırda Çindən Avropanın 25 ölkəsinin 223 şəhərinə, Asiyanın isə 11 ölkəsinin 100-dən çox şəhərinə yük qatarları səfərləri həyata keçirilir.